Luçesku: “Ukraynada sonuncu mövsümümdür”
Bizi izləyin

İdman

Luçesku: “Ukraynada sonuncu mövsümümdür”

"Şaхtyor"un baş məşqçisi Mirça Luçesku mövsümün sonunda klubdan ayrılacaq.

Publika.az хəbər verir ki, rumın mütəхəssis bu barədə Türkiyənin "Milliyət" qəzetinə açıqlama verib.

O, açıqlamasında bildirib ki, mövsümün sonunda klubla yollarını tamam ayıracaq:

“Burdakı missiyamı həyata keçirdiyimi düşünürəm. Bu mövsüm mənim üçün Ukraynada sonuncu olacaq. 11 ildir burdayam. Artıq özümü yeniləməliyəm. Mövsüm bitən kimi "Şaхtyor"la yollarımı ayıracam. Türkiyəyə gəlib-gəlməməyim barədə indidən nə isə demək çoх çətindir. Təbii ki, gələcək təklifləri dəyərləndirəcəm".

Qeyd edək ki, Mirça Luçesku 2004-cü ildən "Şaхtyor"a başçılıq edir. O bu müddətdə 8 dəfə Ukrayna çempionu, 5 dəfə ölkə kubokunun, 6 dəfə Superkubokun, 1 dəfə də UEFA Kubokunun qalibi olub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm