Mançester qırmızı rəngə boyandı – VİDEO
Bizi izləyin

İdman

Mançester qırmızı rəngə boyandı – VİDEO

Dünən İngiltərədə futbol bayramı idi. Premyer Liqanın 32-ci turunda baş tutan Mançester derbisində azarkeşlər nə az, nə çox, 6 qol gördü. Cari mövsümdə nüfuz mübarizəsi aparan “Mançester Yunayted” məhz bu qarşılaşmadakı nəticədən asılı olaraq, müəyyən fikir formalaşdırmalıydı. Hər iki komandanın baş məşqçisinin yeri möhkəm deyildi.

Publika.az xəbər verir ki, buna qədər ardıcıl 4 dəfə derbini qazanan “Mançester Siti” rekorda imza ata bilmədi. Növbəti qələbə sayəsində “Şəhərlilər” mankunianlara ardıcıl beş dəfə qalib gələn ilk klub ola bilərdi. Amma Lui Van Qalın yetirmələri buna imkan vermədilər. Düzdür, hesabı qonaqlar açsa da, üstünlük elə fasiləyə qədər itirildi.

“Qırmızı şeytanlar”ın inanılmaz əzmkarlığı sonda nəticəyə birbaşa təsir etdi. MS isə ardıcıl beşinci səfər məğlubiyyətini aldı. Oyunun qəhrəmanı isə Eşli Yanq oldu deyə bilərik. Məhz onun hesabı bərabərləşdirməsi dönüş nöqtəsi oldu. Bundan başqa, Eşli iki məhsuldar ötürməylə də yadda qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm