AFFA “Neftçi”nin veteranını təbrik etdi
Bizi izləyin

İdman

AFFA “Neftçi”nin veteranını təbrik etdi

Azərbaycan futbolunun tanınmış nümayəndələrindən biri, uzun müddət “Neftçi”nin heyətində çıxış etmiş Çingiz İsmayılovun 80 illik yubileyi qeyd olunub.

Publika.az xəbər verir ki, tədbirdə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mikayıl Nərimanoğlu çıxış edərək assosiasiyanın rəhbərliyi və futbol ictimaiyyəti adından yubilyara təbriklərini çatdırıb. AFFA rəsmisi daha sonra üzərində “Çingiz İsmayılov 80” yazılmış Azərbaycan milli komandasının futbolkasını futbol veteranına təqdim edib.

Çingiz İsmayılov futbolçu karyerasını başa vurduqdan sonra “Neftçi”də və AFFA-da rəhbər vəzifələrdə çalışıb, eləcə də Azərbaycan televiziyası və radiosunda futbol oyunlarını şərh edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm