"Neftçi" ilə oyun öncəsi "İnter"də ciddi itki
Bizi izləyin

İdman

"Neftçi" ilə oyun öncəsi "İnter"də ciddi itki

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda bu gün səfərdə "Neftçi"nin qonağı olacaq "İnter" matça ciddi itki ilə çıxacaq.

Publika.az xəbər verir ki, komandanın hücumçusu Junior Nildo zədə səbəbindən "Neftçi" ilə görüşdə iştirak etməyəcək.

Braziliyalı futbolçu ilə yanaşı, Aleksandr Amisulaşvili də zədəli olduğu üçün bu gün "Neftçi" ilə keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Neftçi" - "İnter" oyunu bu gün, saat 19:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm