Şahmat turnirində “tualet qalmaqalı”
Bizi izləyin

İdman

Şahmat turnirində “tualet qalmaqalı”

Dubayda keçirilən şahmat turnirində qalmaqal baş verib.

Publika.az xəbər verir ki, qalmaqal gürcü və erməni şahmatçıların görüşündə baş verib. Gürcüstan çempionu Qayoz Niqalidze erməni şahmatçı Tiqran Petrosyanla görüşdə qeyri-adi “bicliyə” əl atıb. O, tualetə gedərək, orda gizlətdiyi telefon vasitəsilə rəqibin gedişini analiz edirmiş.

Buna görə də, gürcü şahmatçını cəzalandırıblar. Məsələylə bağlı danışan turnirin baş hakimi Mehdi Abdul Rahim bildirib ki, gürcü şahmatçının tez-tez tualetə getməsi ermənini şübhələndirib. O, bu barədə təşkilatçılara məlumat verib. Niqalidze telefondan yararlandığını təkzib etsə də, tualetdə bu şahmatçıların partiyasını analiz edən, açıq vəziyyətdə olan şahmat kompozisiyalı telefon tapılıb.

Hadisəylə bağlı hesabat FİDE-yə göndəriləcək. Baş hakim bildirib ki, belə situasiyalarda şahmatçıları üç ilə qədər cəza gözləyir. Təkrar hadisələr zamanı isə 15 ilə qədər diskvalifikasiya mümkündü.

Belə hadisə Dubay turnirində ilk dəfə baş vermir. 2008-ci ildə eyni olay İran şahmatçısı ilə baş vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm