Məşəlin məkanı bəlli oldu
Bizi izləyin

İdman

Məşəlin məkanı bəlli oldu

I Avropa Oyunlarının Məşəlinin alovlandırılması və Ötürülmə Mərasiminin vaxtı və yeri dəqiqləşib.

Publika.az-ın məlumatına görə, tədbir aprelin 26-da Bakının Suraxanı qəsəbəsindəki "Atəşgah" Od Məbədində təşkil olunacaq. Saat 20:00-da başlanacaq mərasimdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də iştirak edəcək.

Qeyd edək ki, I Avropa Oyunları 12-28 iyunda keçiriləcək. Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir. Bu mötəbər turnirdə 253 dəst medal sahibini tapacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm