"Qarabağ" - "Neftçi" finalı olacaq?
Bizi izləyin

İdman

"Qarabağ" - "Neftçi" finalı olacaq?

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Publika.az xəbər verir ki, hər iki oyun paytaxtda baş tutub. "Neftçi" "İnter"i, "Qarabağ" isə "Simurq"u qəbul edib.

"Qarabağ", "İnter" və "Neftçi" Premyer Liqada ilk üç pillədə qərarlaşıb. Demək olar ki, hər üç komanda avrokuboklara vəsiqəni təmin edib. "Simurq" isə Premyer Liqada avrokuboklara vəsiqə uğrunda yarışda "Qəbələ"dən geri qalır. Bu baxımdan, Zaqatala təmsilçisi üçün kubokda qələbə çox vacib idi.

İlk oyunlardan sonra "Qarabağ" "Simurq"u 1:0, "Neftçi" isə "İnter"i 2:0 hesabıyla məğlub edərək cavab oyunu öncəsi üstünlük qazanıb. Amma hər şeyin itirildiyini öyləmək olmaz. Kubok oyunlarında meydan amili böyük əhəmiyyət daşıyır.

Azərbaycan kuboku, yarımfinal, ilk oyunlar

13 aprel

Qarabağ - Simurq 1:0

Cavid Tağıyev, 15.

Neftçi - İnter 2:0

Kanales, 19; 71.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm