İdman
Bakı 2015: İtaliya Avropa Oyunlarına “qaliblər”i göndərmir
İtaliya “Bakı 2015”-də yarışacaq 3x3 basketbol yığması üçün B seriyası üzrə dörd basketbolçunun adını elan edib.
Publika.az xəbər verir ki, bunlar İtaliyanın ikinci diviziyasının 5x5 basketbol yığması üzrə dörd basketbolçusu Andrea İannilli, Klaudio Neqri, Damiano Verri və Cionata Zampollidir.
Boyu 2,07 metr olan İannilli mərkəzdə dayanır və 31 yaşı var. O, İtaliyada A seriyası üzrə komandada oynayıb, lakin hal-hazırda Eternedile Boloniya komandasında fəaliyyətini davam etdirir.
Braziliya əsilli, boyu 1,98 metr olan Neqrinin 29 yaşı var və Oleccio Magic Basket komandasında oynayır.
Boyu 2,06 metr olan Verri Meridien Mosummano komandasında oynayır.
Boyu 1,89 metr olan Zampolli isə Amici Pallacanestro Udine komandasının müdafiəçisidir.
İtaliyaya 2014-cü il Avropa Çempionatından Avropa Oyunlarına vəsiqə qazandırmış basketbolçulardan heç biri (Ciovanni Aqusti, Andrea Bassani, Luka Tedesçini və Andrea Neqri) “Bakı 2015” komandasında yer almayıb.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır