"Böyük oyun"da kiçik cəzalar
Bizi izləyin

İdman

"Böyük oyun"da kiçik cəzalar

AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Premyer Liqanın 29-cu turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

Premyer Liqanın 29-cu turunun "Xəzər Lənkəran" - "Neftçi" matçında ev sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 33-cü dəqiqəsində "Xəzər Lənkəran"ın futbolçusu Alfred Sanko ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

"Qəbələ" - "Simurq" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Sumqayıt" - "Bakı" matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm