Messi və Ronaldo eyni komandada oynayacaq?!
Bizi izləyin

İdman

Messi və Ronaldo eyni komandada oynayacaq?!

Dünya futbolunun iki ulduzu - Messi və Ronaldo eyni komandada oynaya bilər.

Publika.az xəbər verir ki, UEFA prezidenti Mişel Platininin ideyası həyata keçsə, bu futbolçuları bir komandada görmək mümkün olacaq. Mişel Platini MBA-da tətbiq olunan layihəni Avropa futbolunda da gerçəkləşdirmək istəyir. UEFA ulduzların oyununu təşkil etmək niyyətindədi. Güman ki, futbolçular azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək. Hər klubdan maksimum üç futbolçu seçiləcək.

UEFA coğrafi amili nəzərə alıb, "Şimal" və "Cənub" regionları formalaşdıracaq. "Şimal" regionunda İngiltərə Premyer Liqasında və Almaniya Bundesliqasında oynayan futbolçular yer alacaq. "Cənub"un şərəfini isə İspaniya, İtaliya və Fransa çempionatlarında top qovan futbolçular qoruyacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm