Dönüşü möhtəşəm oldu - İbrahimli aprelin 16-nı gözləyir
Bizi izləyin

İdman

Dönüşü möhtəşəm oldu - İbrahimli aprelin 16-nı gözləyir

Tiflisdə ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.

Publika.az xəbər verir ki, Valentin Xristovun (62 kq) qələbəsindən sonra, millimizin uğurlu çıxışı davam edib.

Qadınların mübarizəsində Boyanka Kostova (53 kq) hər 2 hərəkətin cəmində qalib olub və Avropa rekordunu yeniləyib. Birdən qaldırmada 109, təkanla 137 kq-ın öhdəsindən gələn idmançımız, cəmdə 246 kq qaldıraraq qızıl medal qazanıb.

Diqqətinizə çatdıraq ki, bu turnirdə qadınların mübarizəsində 2 xanım idmançımız iştirak edir.

Baş məşqçi Hafiz Süleymanovun yetirmələrindən digəri Anastasiya İbrahimli (69 kq) aprelin 16-da mübarizəyə qoşulacaq.

Xatırladaq ki, 2013-cü ildə 18 ağır atlet dopinq ittihamı üzündən cəzalandığından, AAAF rəhbərliyi xanım atleti nişanlısı İvan Stoitsovla (77 kq) birgə geri çağırmışdı.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm