Birinci Avropa Oyunları üçün son sınaq yarışları
Bizi izləyin

İdman

Birinci Avropa Oyunları üçün son sınaq yarışları

Bu həftə Birinci Avropa Oyunlarının boks və güləş üzrə idman sınaq yarışları, müvafiq olaraq, Bakı Kristal Zalı və Heydər Əliyev adına İdman Arenasında təşkil ediləcək.

Publika.az xəbər verir ki, Boks üzrə Böyük İpək Yolu beynəlxalq turniri aprelin 15-dən 19-dək Bakı Kristal Zalında - Avropa Oyunları zamanı boks yarışlarının keçiriləcəyi məkanda təşkil olunacaq. Birinci Avropa Oyunlarının boks yarışlarını tribunadan 4000 tamaşaçı izləyə biləcək. Bu məkan 2012-ci il Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edib.

Azərbaycan Boks Federasiyasının Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) ilə birgə təşkil etdiyi beynəlxalq turnirdə kişilər 10, qadınlar isə 5 çəki dərəcəsində mübarizə aparacaqlar. Yarışda 14 komandadan 90 boksçunun iştirakı gözlənilir.

Azərbaycan Güləş Federasiyası Kuboku uğrunda yeniyetmə və gənclər arasında sərbəst və Yunan-Roma güləş növləri üzrə beynəlxalq çempionat 16-19 aprel tarixində təmir-bərpa işləri aparılmış Heydər Əliyev Arenasında baş tutacaq. Kubok Azərbaycan Güləş Federasiyası və Bakı 2015 tərəfindən hazırlanacaq və 4 yarış günü ərzində yarışacaq 400 nəfər idmançı üçün nəzərdə tutulub.

Xatırladaq ki, ötən ay Bakı 2015-in sınaq yarışı olmuş gimnastika üzrə açıq Azərbaycan çempionatı uğurla keçirilmişdi. Avropa Oyunlarının innovativ müsabiqə formasında keçiriləcək boks və güləş yarışlarının da müvəffəqiyyətlə başa çatacağı gözlənilir.

Bakı 2015 Avropa Oyunlarının Əməliyyat imkanları və hazırlıq şöbəsinin direktoru cənab Gevin MakAlpayn bu barədə fikirlərini bölüşüb: "Sınaq yarışları bizim hazırlıq vəziyyətimiz və işçi heyətimizin Oyunlara hazırlığının qiymətləndirilməsi üçün mükəmməl imkandır. Yarışların yüksək səviyyədə təşkili Bakı 2015-lə bağlı Azərbaycan və bütün Avropa ictimaiyyətinin ümidlərinin doğrulmasına xidmət edəcək.

Bakı 2015-in İdman şöbəsinin direktoru cənab Pirs O’Kallahan söyləyib: "Bu həftə ərzində Bakı 2015 Avropa Oyunlarının keçiriləcəyi iki məkanın açılışı olacaq və tamaşaçılar iyun ayı ərzində onlar üçün təşkil ediləcək şəraitlə tanışlıq imkanı qazanacaqlar. Boks və güləş yarışları Olimpiya idman proqramının əsas sütunlarıdır. Buna görə də, sınaq yarışları beynəlxalq səviyyəli tədbirə hazırlıq baxımından mükəmməl imkandır."

Sınaq yarışları üçün bilet almış tamaşaçılar biletlərinin üzərində göstərilmiş olan yarış günündə yarış məkanlarına gedən və qayıdan xüsusi avtobuslardan öz bilətlərini təqdim edərək pulsuz istifadə etmək imkanı əldə edəcəklər. Bu fürsətdən tamaşaçılar eyni qaydada Oyunlar zamanı da yararlana biləcəklər.

Boks sınaq yarışı üçün nəzərdə tutulmuş avtobuslar 15-19 aprel tarixlərində saat 07:00-dan 01:00-dək, 28 May metro stansiyası və Crystall Hall arasında hərəkət edəcək. Güləş sınaq yarışı üçün nəzərdə tutulmuş avtobuslar isə 16-19 Aprel tarixlərində saat 06:00-dan 00:00-dək Nizami metro stansiyası və Heydər Əliyev Arenası arasında hərəkət edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm