Bakı 2015: Latviya iki idmançısının adını açıqladı
Bizi izləyin

İdman

Bakı 2015: Latviya iki idmançısının adını açıqladı

Latviya Badminton Federasiyası Bakı-2015-də iştirak edəcək qadın cütlüklərdən Kristine Şefere və Leva Popenin adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, təklər arasında 190-cı yeri tutan Şefere, Bakı 2015 Avropa Oyunlarında iki statusda mübarizə aparacaq. Belə ki, onun adı artıq qadınlar arasında təklər yarışında Latviya nümayəndəsi kimi açıqlanıb.

Şefere martın 26-da həlledici sıralamada Monika Radovskanı 193-cü sırada qoyaraq 186-cı yerdə qərarlaşıb.

Şefere və Pope hal-hazırda dünyada qadın cütlüklər arasında 130-cu yerdədilər.

Latviya tək, cüt və qarışıq kişi yarışlarında təmsil olunmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm