Daha bir atletimiz Avropa çempionu oldu
Bizi izləyin

İdman

Daha bir atletimiz Avropa çempionu oldu

Tbilisidə keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.

Publika.az xəbər verir ki, Təhsil İdman Mərkəzinin yetirməsi Əfqan Bayramov təkanla ağırlıqqaldırma üzrə Avropa çempionu olub.

77 kiloqram çəki dərəcəsində mübarizə aparan atletimiz təkanla qaldırmada birinci cəhddə 180, ikinci cəhddə isə 192 kiloqramın öhdəsindən bacarıqla gəlib. Bununla da o, təkanla ağırlıqqaldırmada Avropa çempionu olub.

Qeyd edək ki, Əfqan Bayramov birdən qaldırma üzrə yarışda 141 kiloqram nəticə göstərib. Ümumilikdə isə 333 kiloqram nəticə ilə 5-6-cı yerləri bölüşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm