• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakı 2015: Fransızlar Avropa Oyunlarında Paviaya güvənəcək

  • İdman
  • 15 Aprel 2015 13:27
  • 309 Baxış
Bakı 2015: Fransızlar Avropa Oyunlarında Paviaya güvənəcək

Fransanın www.independant.fr internet portalında ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarından və Fransanın cüdo üzrə qadınlardan ibarət yığma komandasında idmançıların seçimindən bəhs edən “Cüdo: Oton Pavia Avropa Oyunları üçün seçilib” sərlövhəli məqalə yerləşdirilib.

Publika.az xəbər verir ki, iyun ayında keçiriləcək Bakı-2015 ilk Avropa Oyunlarının idman tarixində mühüm hadisə olacağı diqqətə çatdırılan məqalədə bu oyunlar üçün Azərbaycanın seçilməsinin heç də təsadüfü olmadığı, ölkəmizin iqtisadi inkişafının buna imkan verdiyi, bir çox beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyi vurğulanır. Yarışların yüksək səviyyədə keçməsi üçün hazırlıq işlərinin artıq yüksək səviyyədə başa çatdığı qeyd olunur.

Məqalədə iyun ayının 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında cüdo üzrə Fransa yığma komandasına adlı-sanlı, təcrübəli 16 idmançının daxil edilməsindən, məşqçilərin uğurlu oyunu ilə komandasına dəfələrlə qələbə qazandıran, qadınlar arasında ən şanslı idmançı hesab olunan Oton Paviaya böyük ümid bəsləmələrindən bəhs edilir.

Çox erkən yaşlarından cüdo ilə məşğul olan O.Pavianın Banqkokda gənclər arasında keçirilən dünya çempionatında ilk uğura imza atdığı, 2013-cü ildə Budapeştdə Avropa çempionatının final yarışında avstraliyalı rəqibi Sabrina Filmser üzərində inamlı qələbə qazanaraq qızıl medala layiq görüldüyü, ikinci qızıl medalı isə 2014-cü ildə Fransanın Monpelye şəhərində dünya çempionatında almaniyalı idmançı Miriyam Roneplə görüşdə əldə etdiyi bildirilir.

Fransanın qadınlardan ibarət cüdo komandasının ən güclü idmançısı hesab olunan 26 yaşlı Oton Pavia fərdi yarışlarda 6 qızıl, 2 gümüş və 3 bürünc, komanda tərkibində isə 3 qızıl və 2 gümüş medal qazanıb. Yığma komandanın məşqçisi çəki dərəcəsinə görə dünya qadın cüdoçuları arasında ikinci idmançı hesab olunan A.Pavianın Bakıda keçiriləcək Avropa Oyunlarında növbəti qələbə qazanacağına böyük ümid bəsləyir.

Azərtac

Xəbər lenti

DAHA ÇOX XƏBƏR