“Shamkir Chess 2015”: Hamı startı gözləyir
Bizi izləyin

İdman

“Shamkir Chess 2015”: Hamı startı gözləyir

Aprelin 16-26-sı aralığında mərhum şahmatçımız, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” super-turniri üçün bütün hazırlıqlar tamamlanıb.

Publika.az xəbər verir ki, Şəmkir şəhərində təşkil olunan bu mötəbər yarışda dünyanın aparıcı grossmeysterləri - hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand və Vladimir Kramnik, eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Maykl Adams, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov mübarizə aparacaqlar.

Tədbir Şəmkir şəhərində yerləşən Heydər Əliyev mərkəzində təşkil olunacaq. Super-turniri canlı olaraq www.shamkirchess.az veb səhifəsindən və ya mərkəzdə izləmək olar. Bütün oyunlar azərbaycan, rus və inglis dillərində şərh olunacaq.

Synergy Group-un təşkilatçılığıyla keçiriləcək turnirin ilk turu aprelin 17-də saat 15:00-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm