Millimizin ev oyununun vaxtı bəlli oldu
Bizi izləyin

İdman

Millimizin ev oyununun vaxtı bəlli oldu

Avropa çempionatının təsnifat mərhələsində çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin ev oyununun vaxtı açıqlanıb.

Publika.az xəbər verir ki, komandamız Slovakiya yığmasını mayın 23-də qəbul edəcək. Voleybol Mərkəzində baş tutacaq görüş saat 18:00-da start götüəcək. Qarşılaşmanı türkiyəli İlhami Şənyurt və ukraynalı Alim Batyuk idarə edəcəklər. Cütün cavab oyunu isə bir neçə gün sonra Slovakiyada keçiriləcək.

Qeyd edək ki, yığmamız bir neçə gün sonra toplanışa başlayacaq. Komandamız aprelin 19-da Antalyaya yola düşəcək. Türkiyədəki təlim-məşq toplanışı mayın 3-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm