Mahir Şükürov "Karşıyaka"dan ayrıldı
Bizi izləyin

İdman

Mahir Şükürov "Karşıyaka"dan ayrıldı

Mahir Şükürov "Karşıyaka"dan birdəfəlik ayrılıb.

Publika.az xəbər verir ki, Türkiyə mətbuatında millimizin müdafiəçisinin "Karşıyaka"dan həmişəlik ayrıldığı yazılıb.

Mahirin Türkiyə klubundan ayrılmasının səbəbi kimi isə onu cəza olaraq əvəzedici komandaya göndərməkdən narazı qaldığı göstərilir.

Şükürov millinin Maltayla Bakıdakı oyununa gəlib, Türkiyəyə gec döndüyü üçün əvəzedici komandaya göndərilmişdi.

O, cari mövsümdə "Karşıyaka"nın heyətində 19 oyun keçirib, iki qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm