Üzgüçülük yarışının keçiriləcəyi göldə 21 ton ölü balıq - FOTOLAR
Bizi izləyin

İdman

Üzgüçülük yarışının keçiriləcəyi göldə 21 ton ölü balıq - FOTOLAR

2016-cı ildə Yay Olimpiya Oyunlarının təşkil ediləcəyi Rio-de-Janeyro şəhərindəki Rodigo da Fretas gölündə balıqların ölümü ölkədə böyük əks-səda doğurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, üzgüçülük yarışlarının keçiriləcəyi göldə su çirkliliyi üzündən 21 ton balıq ölüb.

Ölkənin Ətraf Mühit Nazirliyi balıq ölümlərinin səbəbini mövsüm dəyişikliyi ilə izah edib. Müstəqil Ətraf Mühit Komissiyası isə hadisənin sənaye tullantıları və evlərdən atılan zibil nəticəsində baş verdiyini iddia edib.

Şəhərin qubernatoru Luiz Fernando Pezao Yay Olimpiya Oyunlarına qədər gölün yalnız 60 faizinin təmizlənə biləcəyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm