"Əjdaha" almanları “uddu”, Parisdə gözlənilən sonluq - VİDEO
Bizi izləyin

İdman

"Əjdaha" almanları “uddu”, Parisdə gözlənilən sonluq - VİDEO

Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.

Publika.az xəbər verir ki, PSJ "Barselona"nı, "Portu" isə "Bavariya"nı qəbul edib.

Çempionlar Liqasının cari mövsümünün qrup mərhələsində qarşılaşmış PSJ və "Barselona" hərəyə bir qələbə qazanmışdı. Belə ki, Parisdəki oyunda PSJ qalib gəlmişdisə (3:2), Barselonada katalonlar üstün olmuşdu - 3:1. Bu dəfəki oyunda isə "Barselona" səfərdə 3:1 hesabıyla qalib gəlib. Bir neçə əsas oyunçusundan məhrum olan Paris klubunu səfərdə məğlub edən katalonlar artıq yarımfinala çox yaxındır.

Günün digər oyununda "Portu" "Bavariya"nı qəbul edib. Bu mərhələnin ilk sensasiyası da məhz bu qarşılaşmada qeydə alınıb. "Portu" doğma "Draqao" stadionunda keçirilən oyunda "Bavariya"nı 3:1 hesabıyla məğlub edib. Münhenlilər müdafiə xəttində yol verilən faciəli səhvlər üzündən Çempionlar Liqasında mübarizəni davam etdirmək şansını çətinə salıb. İlk oyundan sonra “Əjdahalar” yarımfinala daha yaxın görünür. Amma “Alyans Arena”da “Bavariya”dan hər şey gözləmək olar.

Çempionlar Liqası, 1/4 final, ilk oyunlar

15 aprel

Portu - Bavariya 3:1

Kuarejma, 2-p; 10. Martines, 65 - Alkantara, 28.

PSJ - Barselona 1:3

Van Der Vil, 82 - Neymar, 18. Suares, 67; 79.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm