Bakı 2015: Avstriyanın ən güclü cüdoçusu da gələcək
Bizi izləyin

İdman

Bakı 2015: Avstriyanın ən güclü cüdoçusu da gələcək

Ludviq Paisxer Bakı-2015 üçün təyin edilmiş 9 idmançıdan ibarət Avstriya cüdo komandasında ən güclü idmançıdır.

Publika.az xəbər verir ki, 2008-ci ildə Pekində keçirilmiş Olimpiya Oyunlarında gümüş medalla təltif edilmiş və 68 kq çəki üzrə Avropa Çempionatında iki dəfə qızıl medala layiq görülmüş 33 yaşlı Ludviq Paisxer bu idman növü baxımından Avropa Çempionatı yerinə sayılacaq Bakı 2015 Avropa Oyunlarında yarışacaq 4 kişi cüdoçudan biri olacaq.

Digər idmançılardan Marsel Ott 81 kq çəki üzrə, Kristof Kronberqer 100 kq çəki üzrə və Daniel Allerstrofer 100 kq çəki üzrə öz qüvvələrini sınayacaqlar.

Qadın idmançılar arasında öndə gedən yarışçı Sabrina Filzmoser Olimpiya Oyunlarında iki dəfə iştirak edib və 57 kq çəki üzrə Avropa Çempionatında iki dəfə qızıl medala layiq görülüb.

Digər idmançılardan Hilde Deksler 2012-ci ildə keçirilmiş London Olimpiadasında 63 kq çəki üzrə iştirak edib, Bernadett Qraf isə 70 kq çəki üzrə Avropa Çempionatında iki dəfə bürünc medala yiyələnib.

Digər iki qadın cüdoçu, Tina Zeltner 57 kq çəki üzrə, Katrin Untervurzaxer isə 63 kq çəki üzrə mübarizə aparacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm