Bakı 2015: Serblərin sayı 130-a çatdı
Bizi izləyin

İdman

Bakı 2015: Serblərin sayı 130-a çatdı

Serbiyanı Bakı 2015 İlk Avropa Oyunlarında təmsil edəcək daha 16 idmançının adı bəlli olub. Bununla da, yarışlara qatılacaq idmançıların sayı 130-a çatıb. Serbiya Milli Olimpiya Komitəsi Assambleyasının IV müntəzəm sessiyasında bu barədə məlumat verilib.

Publika.az xəbər verir ki, İlk Avropa Oyunlarına qatılacaq Serbiya nümayəndə heyətinin rəhbəri Damir Ştayner badminton, taekvondo və cüdo idman növləri üzrə yarışlarda mübarizə aparacaq idmançıların da müəyyənləşdiyini bildirib. Belə ki, İqor Bjelan və Milika Simiç badminton, Tijana Boqdanoviç (49 kq), Draqana Qladoviç (57 kq), Ana Bajiç (67 kq), Milika Mandiç (67 kq), Miloş Qladoviç (58 kq) və Damir Fejiç (80 kq) taekvondo, Yovana Roqiç (57 kq), İliya Çiqanoviç (66 kq), Marko Vukiçeviç (66 kq), Lyubisa Kovaçeviç (73 kq), Nemanya Maydov (81 kq), Aleksandar Kukolj (90 kq), Dmitri Gerasimenko (90 kq) və Stefan Yurisiç (100 kq) isə cüdo üzrə yarışlarda Serbiyanı təmsil edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm