“Bavariya”da kütləvi istefa
Bizi izləyin

İdman

“Bavariya”da kütləvi istefa

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Portu"ya məğlub olan (1:3) "Bavariya"nın düşərgəsində gərginlik yaşanır.

Publika.az xəbər verir ki, rəhbərlik məğlubiyyətin səbəbini araşdırıb. Nəticədə günahkar qismində klubun həkimləri göstərilib. Bu barədə məlumatı Münhen klubunda 40 il fəaliyyət göstərmiş, "Portu" ilə oyundan sonra istefa vermiş həkim Hans-Vilhelm Müller Volfart verib. O bildirib ki, oyundan sonra həkimlərlə klubun idarə heyətinin sədri Karl-Haynts Rummenigge arasında görüş olub:

"Oyundan sonra məlum oldu ki, bu məğlubiyyətin ən böyük günahkarları həkimlərdir. Buna görə də, klubun həkimlərinə və onların uğurlu işinə inam azalıb".

"Portu" ilə oyunda zədə səbəbindən "Bavariya"nın əsas oyunçuları - Frank Riberi, Aryen Robben, David Alaba, Bastian Şvanştayger, Mehdi Benatia, Xavi Martines iştirak edə bilməmişdi.

Almaniya mətbuatının yaydığı məlumata görə, "Bavariya"nın tibb personalı tam tərkibdə istefa verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm