• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Fənərbaxça”da baxışda olan futbolçudan xəbər var: “Turanı çox bəyəniblər”

  • İdman
  • 17 Aprel 2015 16:53
  • 579 Baxış
“Fənərbaxça”da baxışda olan futbolçudan xəbər var: “Turanı çox bəyəniblər”

"Əlincə”nin U-15 komandasının futbolçusu Turan Vəlizadə Türkiyə nəhəngi "Fənərbaxça”nın düşərgəsinə baxışa yollanıb. U-15 millimizin də üzvü olan oyunçumuz bir neçə gündür ki, "sarı-lacivərdlilər”lə birgə məşqlərə də başlayıb.

Futbolçumuzun “Fənərbaxça”ya gedişi və oradakı aqibəti ilə bağlı onun meneceri Samir Zeynalov Publika.az-a məlumat verdi:

“Turan keçən il “Beşiktaş”da yoxlanışda olmuşdu. Bu zaman “Fənərbaxça”nın üzvlərindən biri onu görüb bəyəndi və gəlməyini təklif etdi. Düzdür Turana “Beşiktaş”dan da təklif var idi. Amma bəzi səbəblərə görə “Fənərbaxça”nı seçdik. Artıq Turan 4 gündür ki, “Fənərbaxça”da baxışdadır. Turanı məşqçilər də çox bəyənib. Özüm də görürəm ki, ondan güclüsü yoxdur o klubda. Hələ ki, baxılıb və bəyənilib, qalan məsələlər sonra bilinəcək. Güman ki, yaxın 2-3 günə dəqiq məlumat veriləcək”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR