Obama baş nazirə bir yeşik pivə uduzdu - FOTOLAR
Bizi izləyin

İdman

Obama baş nazirə bir yeşik pivə uduzdu - FOTOLAR

Obama baş nazirə bir yeşik pivə uduzdu

ABŞ prezidenti Barak Obama və Kanadanın baş naziri Stiven Harper kişi və qadın xokkey turnirlərinin finalına görə mərc gəliblər. Mərcin dəyəri bir yeşik pivə olub.

Bu ölkələrin komandaları hər iki finalda qarşılaşacaqlar. Hər görüş üçün mərcdə məğlub olan tərəf 1 yeşik pivə ödəməlidir.

Mərclə bağlı Barak Obama öz şəxsi “twitter” səhifəsində də yazıb.

Kanadanın baş naziri isə “twitter”də bunları yazıb:

“Barak Obama ilə bu həftəki oyunlarla bağlı 1 yeşik Kanada pivəsindən mərc gəlmişik”

Xatırladaq ki, qadınların finalında Kanada 3-2 hesabı ilə qalib gəlib. Bu isə o deməkdir ki, Obama artıq 1 yeşik pivəni Stiven Harperə ödəyib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm