Azərbaycana vurulan paraqvaylı gözəl - FOTOLAR
Bizi izləyin

İdman

Azərbaycana vurulan paraqvaylı gözəl - FOTOLAR

Azərbaycana vurulan paraqvaylı gözəl

Azərbaycan Premyer Liqasında müxtəlif ölkələri təmsil edən xeyli legioner futbolçular var. Onların əksəriyyəti ailələrini də Azərbaycana gətiriblər. Legionerlərin ölkəmiz haqda münasibətlərini bilmək isə maraqlıdı.

Publika.az xəbər verir ki, “Neftçi”nin yarımmüdafiəçisi Erik Ramosun xanımı Mariliya Arçen futbolinfo.az saytına müsahibəsində Azərbaycandakı həyatlarından danışıb.

- Azərbaycana tam uyğunlaşa bilmisiz?

- Azərbaycanla Paraqvay tamamilə fərqli ölkələrdi. Adət-ənənələr, dil, insanlar tamamilə başqa cürdü. Amma ölkə xaricinə gedib yaşamaq özü bir təcrübədi. Fərqli mədəniyyəti, insanları görmək maraqlıdı. Azərbaycan təhlükəsiz və dinc ölkədi. Buranı çox sevirəm.

- Erik ölkəmizə gəlməyə qərar verəndə sizin fikirlərinizi soruşdu?

- Erik ilk dəfə xaricdə oynayacağı üçün xoşbəxt idi. O, Paraqvaydan kənarda legioner həyatı yaşayacaqdı. Bu, yaxşı hal idi. Həyat yoldaşım ümid edirdi ki, Azərbaycanda uğur qazana biləcək. Bura gəlməzdən öncə Azərbaycan haqqında internetdə araşdırmalar aparmışdıq.

- O vaxta qədər ölkəmiz haqqında nəsə bilirdiz?

- Yox, heç bir şey bilmirdim, heç nə eşitməmişdim. Mən heç təsəvvür etməzdim ki, belə bir ölkəyə gələcəm. Mən burda marketə, harasa getdiyim zaman insanlar məndən haralı olduğumu soruşurlar. Onlara Paraqvaydan olduğumu deyəndə bir az heyrətlənirlər.

- Bakı xoşunuza gəlir?

- Çox gözəl şəhərdi. Arvopanın mərkəzi şəhərləri ilə rəqabət aparacaq gözəllikdə bir paytaxtdı. Gündən-günə də dəyişir, yeni tikililər var. Əminəm ki, bir neçə ildən sonra fantastik bir şəhər olacaq.

- Azərbaycan futbolu haqqında nə deyə bilərsiz?

- Azərbaycan güclü futbol ölkələri sırasında deyil. Amma burada futbola maraq var. İnsanlar futbolu sevir. Futbol elə bir oyundu ki, bir saniyədə belə insan fikrini dəyişir. Emosiyaları cilovlaya bilmədiyin bir şeydi. Amma mən futbol haqqında sadəcə, azarkeş kimi danışa bilərəm. Taktiki və texniki cəhətdən isə futbol haqqında heç nə bilmirəm.

- Futbolu Erikə görə sevirsiz?

- Erik futbolu çox sevir. Bu, onun peşəsidi. Futbolda hər bir oyunçunun yaxşı və pis günü olur. Mən Erikin bir nömrəli fanatıyam və hər zaman ona dəstək oluram.

- Paraqvay və Azərbaycan arasında fərqləri qeyd etdiniz. Burada yaşamaq sizə çətin deyil?

- Düzdü, fərqlər böyükdü. Qaydalar, insanlar hər şey fərqlidi. Mən ölkəmi çox sevirəm. Amma Azərbaycan mənim həyatımda önəmli yer tutur. Burada hər kəs bizə yaxşı münasibət göstərir. Bizə yaxşı şərait yaradılıb. Buna görə “Neftçi”yə minnətdaram.

- Erik komandasından razıdı?

- Meydana çıxdığı zaman həmişə xoşbəxt olur. Təbii ki, “Neftçi”dən razıdı. Daim komandasına kömək etmək haqqında düşünür. Burada daim uğur qazanmaq istəyir. Artıq iki ildi ki, buradayıq və uğurlu nəticələri var. İki dəfə komandası ilə çempion olub. Bu, yaxşı nəticədi.

- Azərbaycanın regionlarında olmusuz?

- Ən çox Bakı küçələrində gəzməyi xoşlayıram. Çünki sakit şəhərdi. Başqa regionlarda o qədər olmamışam.

- Burada Paraqvaylı futbolçular var. “İnter”də oynayan Meza Kolli qardaşları. Onlarla münasibətləriniz var?

- Burada yaşayan futbolçuların bəziləriylə münasibətlərimiz var. Xüsusən legioner futbolçuların ailələri ilə. Elə “Neftçi”də oynayanlarla. Amma Meza Kolli qardaşlarını tanımırdıq. Onların adını burada eşitdik. Çünki onlar əslən paraqvaylı olsalar da, İtaliya vətəndaşlarıdı.

- “Xəzər Lənkəran” və “Neftçi” arasındakı əzəli rəqabətdən xəbəriniz var. Bu oyunda qalmaqallar çox olur. Bu matç haqqında həyat yoldaşınız nələr danışır?

- “Xəzər Lənkəran” güclü komandadı. Erik həmişə onlara qarşı oynamaqdan zövq aldığını bildirir. Amma deyir ki, bu komanda aşağı yerlərdə olmasa, çox yaxşı olar. Azərbaycanda ən çox futbol azarkeşi Lənkərandadı. Azarkeşlər də futbola gözəllik qatır. Ona görə də həqiqətən Azərbaycan çepionatında belə derbinin olması yaxşı haldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm