ABŞ-dan ittiham: “Rus xokkeyi koreyalıların hesabına bəraət qazandı”
Bizi izləyin

İdman

ABŞ-dan ittiham: “Rus xokkeyi koreyalıların hesabına bəraət qazandı”

Amerika KİV-i rusiyalı fiqurlu konkisürən Adelina Sotnikovanın Olimiadadakı qələbəsinə şübhə ilə yanaşır.

Qeyd edək ki, Adelina qadınların fiqurlu konkisürmə yarışında qızıl medala layiq görülüb. Rusiyalı idmançılar heç vaxt bu növdə qalib gəlməyiblər.

Publika.az xəbər verir ki, nəticələr elan edildikdən dərhal sonra ABŞ kütləvi informasiya vasitələri onun qələbəsinə şübhə ilə yanaşıblar.

Sotnikova 224,59 bal, koreyalı Yu-Na Kim isə 219,11 bal toplayıb.

Amerikalı şərhçilərdən biri deyib: “Mən bu nəticələrdən sarsılmışam. Burada balların necə hesablanmasını başa düşə bilmirəm. Nə üçün Sotnikova birinci, Kim isə ikincidir?”

ESPN kanalının icmalçısı Bil Plaşke isə bildirir ki, Rusiya əvvəldən sövdələşib və xokkeydəki məğlubiyyətdən sonra nəyin bahasına olursa olsun fiqurlu konkisürmə yarışında bəraət qazanmaq istəyib.

Plaşke “Twitter” səhifəsində bildirib: “Kraliça Yu-Na Kim heyrətamiz idi. Sotnikovadan dəfələrlə yaxşı idi. Lakin o, qalib gəlmədi. İnanılmazdır. Bax, burada iri bir qalmaqal yarandı. Sotnikova qalib gəldi, azarkeşlər heyrətə gəlib, Kim çaşqınlıq içindədir. Bu, düzgün deyil, düzgün deyil”.

Sotnikova isə qələbəsi haqda bunları qeyd edib: “Münsiflər haqqında sualları mənə verməyin. Mən öz işimi gördüm, Rusiyaya qızıl medal gətirdim. Bu mövsümü çox yaxşı keçirtmişəm. Olimpiadada karyeramın zirvəsinə qalxdım. İnanmıram ki, bugünkü kimi nə vaxtsa yaxşı konki sürmüşəm.”

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm