Robben: “Görüntüdəki tüpürcək yox, başımdan düşən tərdi”
Bizi izləyin

İdman

Robben: “Görüntüdəki tüpürcək yox, başımdan düşən tərdi”

Robben: “Görüntüdəki tüpürcək yox, başımdan düşən tərdi”

“Bavariya”nın ulduz futbolçusu Aryen Robbenin Çempionlar Liqasının 1/8 finalında “Arsenal”la görüşdə Bakari Sayanın başına tüpürdüyü barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, bu məsələyə münasibət bildirib və rəqibin başına tüpürmədiyini iddia edib:

"Mən ona tüpürmədim. Belə bir şeyi heç vaxt etmərəm. Əgər bu sübut olunarsa, qoy, mənə lap 10 oyunluq cəza versinlər. Əgər rəqibimin başına tüpürmüş olsaydım, ailəmin üzünə baxa bilməzdim.

Saçı olan bir insan deyiləm. Matç ərzində tərləmişdim. Görüntüdəki tüpürcək yox, başımdan düşən tərdi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm