“Neftçi”nin “Traktorsazi”yə təbriki İran mətbuatının gündəmində-FOTO
Bizi izləyin

İdman

“Neftçi”nin “Traktorsazi”yə təbriki İran mətbuatının gündəmində-FOTO

“Neftçi”nin “Traktorsazi”yə təbriki İran mətbuatının gündəmində-FOTO

“Neftçi” “Traktorsazi”ni İran kubokunu qazanması münasibətilə təbrik edib. Publika.az xəbər verir ki, rəsmi məktubda Təbriz klubuna yoldaşlıq oyunu keçirmək təklif edilib.

Bu xəbər İran mətbuatında böyük əks-səda doğurub. İranın məşhur xəbər saytlarında bununla bağlı məqalələr dərc olunub.

Yazıların birində “Traktorsazi"nin baş məşqçisi Toni Oliveyranın mətbuat konfransında “Neftçi”nin bu təklifinə münasibət bildirdiyi qeyd olunub: “Neftçi” ilə oyun komandamız üçün çox faydalı ola bilər”.

Digər məqalədə “Neftçi”nin Təbriz komandaları ilə keçirdiyi oyunlar xatırlanıb.

Qeyd olunub ki, “Neftçi” sonuncu dəfə 1991-ci ildə qarşılaşdığı “Traktorsazi” və “Maşınsazi” klublarını uyğun olaraq 4:2 və 3:1 hesabı ilə məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm