“Atletiko” “Real”la oyunda Xocalı soyqırımını anacaq
Bizi izləyin

İdman

“Atletiko” “Real”la oyunda Xocalı soyqırımını anacaq

“Atletiko” “Real”la oyunda Xocalı soyqırımını anacaq

İspaniyanın “Atletiko” (Madrid) klubunun oyunçuları “Osasuna” və “Real” ( Madrid) komandaları ilə keçirəcəkləri görüşlərdə Xocalı faciəsinin ildönümü ilə əlaqədar qara bilərzik və yaxalarına matəm lenti taxacaqlar.

Publika.az AzərTAc-a istinadən məlumat verir ki, üzərində ölkəmizin adı yazılmış köynəklər geyəcək futbolçular bu yolla Azərbaycan xalqının ağrısına şərik olmaq niyyətindədirlər.

Klubun Türkiyədən olan legioneri Arda Turan və daha bir neçə oyunçusu Xocalı soyqırımını pisləyən və dünyada sülhü dəstəkləyən videoçarxlar da hazırlayıblar. Həmin videoçarxlar klubun saytında yerləşdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm