İstanbul derbisini "Qalatasaray" qazandı
Bizi izləyin

İdman

İstanbul derbisini "Qalatasaray" qazandı

Türkiyə Superliqasında 22-ci turun oyunları davam edir.

Türkiyə Superliqasında 22-ci turun oyunları davam edir.

Publika.az-ın məlumatına görə, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

Səfərdə "Qaziantepspor"un qonağı olan "Akhisar Bələdiyyəspor" rəqibi ilə 1:1 bərabərə qalıb. "Erciyesspor" klubu isə doğma meydanda "Karabükspor"a 2:1 hesabı ilə qalib gəlib.

Turun mərkəzi qarşılaşması İstanbulda baş tutub. Burada "Qalatasaray" və "Beşiktaş" komandaları üz-üzə gəlib. Səlcuk İnanın matçın 38-ci dəqiqəsində penaltidən vurduğu qol "Qalatasaray"a minimal hesablı qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, Superliqada 22-ci tura sabah axşam keçiriləcək "Elazığspor" - "Fənərbaxça" oyunu ilə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm