Liderlər büdrədi, "Xəzər Lənkəran" son dəqiqədə çökdü - Bütün nəticələr
Bizi izləyin

İdman

Liderlər büdrədi, "Xəzər Lənkəran" son dəqiqədə çökdü - Bütün nəticələr

Bu gün Azərbaycan Premyer Liqasının XXIII turunun oyunları keçirilib.Publika.az xəbər verir ki, yığmanın mart toplanışına görə təqvimdə dəyişiklik edildiyindən bütün qarşılaşmalar eyni gündə baş tutub.

Bu gün Azərbaycan Premyer Liqasının XXIII turunun oyunları keçirilib.Publika.az xəbər verir ki, yığmanın mart toplanışına görə təqvimdə dəyişiklik edildiyindən bütün qarşılaşmalar eyni gündə baş tutub.

Tura Qəbələdə start verilib və "Qəbələ" "Rəvan" qəbul edilib. Matç oluqca dramatik alınıb. Belə ki, baş hakim Elvin Əsgərov qonaqların qapısına iki dəfə penalti təyin etsə də, hesab açılmayıb. 55-ci dəqiqədə Lorenzo Ebesilio, 73-cü dəqiqədə Leonardo da Silvanın zərbəsini Lukaş Sapela dəf edib. Lakin ikinci qurtarışdan sonra polşalı qapıçı qeyri-etik jest edib və bu səbəbdən meydandan qovulub. "Qəbələ" isə 20 dəqiqəyə yaxın 10 nəfərlə qalmış rəqibə qarşı oynasa da, toru silkələyə bilməyib və heç-heçəyə razılaşıb.

"Neftçi" digər autsayder "Sumqayıt"ın qonağı olub. Cəza səbəbindən Mahir Şükürov, Karlos Kardoso, Bruno Bertuççinin xidmətindən məhrum olan "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Flavinyo, Ernest Nfor, Rəşad Sadiqov, Denis Silva, Araz Abdullayev, Elvin Yunuszadə kimsi təcrübəli futbolçuları ehtiyatda saxlayıb. Bunun əsas səbəbi əsas səbəbi Araz, Nfor, R?şad, Flavinyo və Silvanın sarı vərəqə limitini doldurmaq üzrə olmasıdı. Çünki alacaqları növbəti vərəqə onların "Qarabağ"la oyuna çıxmasını əngəlləyəcəkdi. Amma Hacıyevin aparıcı futbolçuları liderlə oyun üçün qoruyub, "Sumqayıt"a dırnaqarası yanaşması komanda üçün ağır nəticələnib. Belə ki, Mirzağa Hüseynpur hər hissədə bir qol vuraraq "ab-qaralar"a məğlubiyyət acısı yaşadıb. Bununla da "Sumqayıt" son pillədən qurtulub.

Ardınca 2014-cü ilin iki uğurlu komandası - "İnter" və "Bakı" qarşılaşıb. "İnter" yeni ilin ilk 4 matçında 10, "Bakı" isə 12 xal qazanıb. Paytaxt klublarının öz aralarındakı matç isə heç-heçə bitib - 1:1. Hesabı 11-ci dəqiqədə qonaq komandadan Aleksandar Soliç açıb. Meydan sahibləri isə buna 27-ci dəqiqədə Vaqif Cavadovla cavab verib.

"Neftçi" və "Qəbələ" kimi "Qarabağ" da xal itkisi ilə üzləşib. Qurban Qurbanovun yetirmələri doğma meydanda "Simurq"la xalları bölüb - 0:0. Ötən tur "Sumqayıt"ı darmadağın edən (4:0) Zaqatala klubu aktivinə daha 1 xal yazdırmaqla rahat nəfəs alıb.

"Xəzər Lənkəran" isə AZAL-ın qonağı olub. Hesabı 22-ci dəqiqədə Junior Nildo açıb. 48-ci dəqiqədə Elnur Abdullayev fərqi iki topa çatdırıb. Lakin "Xəzər Lənkəran" son 10 dəqiqədə üstünlüyü əldən verib. 84-cü dəqiqədə Nedo Turkoviç fərqi azaldıb. 90+1-ci dəqiqədə Aleksandr Şemonayev qırmızı vərəqə alaraq AZAL-ı azlıqda qoyub. 4 dəqiqə sonra isə "Xəzər Lənkəran"ın qapısına təyin olunan penaltini Con Oluremi qola çevirərək komandasına bir xal qazandırıb - 2:2.

Premyer Liqa

2013/14 mövsümü

III dövrə, XXIII tur

23 fevral

Qəbələ - Rəvan 0:0

Qəbələ: 1. Kamran Ağayev, 6. Vladimir Levin, 7. Marat İzmayılov (19. Abdulvahid Afolabi, 75), 8. Nizami Hacıyev (42. Leonardo da Silva, 46), 9. Viktor Mendi (11. Yannik Kamanan, 65), 10. Dodo, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 44. Rafael Santos.

Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 3. Nikola Valentiç, 4. Amit Quluzadə, 34. Ürfan Abbasov.

Baş məşqçi: Yuri Syomin.

Rəvan: 1. Lukaş Sapela, 4. Mitya Moreç, 8. Julio Sezar, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (85. Kamal Bayramov, 75), 18. Oke Akpoveta, 20. Miloş Adamoviç (40. Mişel Balokoq, 75), 21. Novruz Məməddov, 23. Boyan Markoviç, 25. Ayaz Mehdiyev (7. Elvin Həsənəliyev, 71), 30. Cəmşid Məhərrəmov.

Ehtiyat oyunçular: 6. Ceyhun Cavadov, 9. Elnur Abdulov, 14. Xuan Manuel Varea, 24. Yamin Ağakərimzadə.

Baş məşqçi: Güvənc Kurtar.

İstifadə olunmamış penaltilər: Lorenzo Ebesilio, 55. Leonardo da Silva, 73.

Sarı vərəqələr: Leonardo da Silva, 56 (qeyri-idman hərəkəti). Elnur Allahverdiyev, 65 (qeyri-idman hərəkəti). Daniel Subotiç, 81 (hakimin qərarına etiraz). Ruslan Tağızadə, 87 (simulyasiya) - Mitya Moreç, 21 (perspektivli hücumun qarşısını kəsdiyinə görə). Cəmşid Məhərrəmov, 42 (qeyri-idman hərəkəti). Orxan Lalayev, 54 (qeyri-idman hərəkəti). Julio Sezar, 70 (qeyri-idman hərəkəti). Boyan Markoviç, 72 (qeyri-idman hərəkəti). Novruz Məmmədov, 74 (hakimin qərarına etiraz). Kamal Bayramov, 90+4 (oyunun bərpasını gecikdirdiyi üçün).

Qırmızı vərəqə: Lukaş Sapela, 74 (qeyri-etik jest) .

Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov.

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.

Hakim-inspektor: Fazil Mürşüdov.

Qəbələ şəhər stadionu. 1500 tamaşaçı.

Sumqayıt - Neftçi 2:0

Qollar: Mirzağa Hüseynpur, 38; 70.

Sumqayıt: 1. Andrey Popoviç, 2. Şəhriyar Xəlilov, 4. Samir Abbasov (k), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk (8. Aqşin Muxtaroğlu, 79), 11. Ruslan Nəsirli, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 88. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədliyev, 7. Pərdis Fərcad-Azad, 14. Məhəmməd Qurbanov, 18. Aleksandr Çertoqanov, 25. Fərid Kərimzadə, 77. Ramil Mansurov.

Baş məşqçi: Aqil Məmmədov.

Neftçi: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 8. Elşən Abdullayev (9. Flavinyo, 46), 11. Melvin Platye (90. Ernest Nfor, 90), 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov (k), 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 28. Emin Mehdiyev (6. Rəşad Sadiqov, 46), 95. Elvin Bədəlov.

Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 3. Denis Silva, 7. Araz Abdullayev, 32. Elvin Yunuszadə.

Baş məşqçi: Böyükağa Hacıyev.

Sarı vərəqələr: Samir Abasov, 48 (düzgün yerinə yetirilməyən sürüşmə fəndi). Ruslan Nəsirli, 55 (fitsən sonra topa zərbə). Nodar Məmmədov, 83 (oyunun bərpasını gecikdirdiyi üçün) - Elvin Bədəlov, 24 (rəqibi tutduğuna görə). İqor Mitreski, 84 (rəqibi tutduğuna görə).

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Coşqun Həsənov, Nail Nağıyev.

AFFA nümayəndəsi: Sakin Məmmədzadə.

Hakim-inspektor: Murad Məmmədov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1500 tamaşaçı.

İnter - Bakı 1:1

Qollar: Vaqif Cavadov, 27 - Aleksandar Soliç, 11.

İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 5. Slavko Georgievski, 9. Aleksandr İaşvili (19. Sezar Meza Kolli, 59), 15. Yohan Bokonyano, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze (12. İvo Taborski, 85), 33. Matiya Spiçiç, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev (14. İlqar Ələkbərov, 66).

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 11. Asif Məmmədov, 20. Brüs Abdulaye, 27. Dieqo Madriqal.

Baş məşqçi: Kaxaber Tsxadadze.

Bakı: 1. Aqil Məmmədov (k), 12. Etto, 3. Yure Travner, 5. Ruben Qonzales, 4. Mario Alvares, 31. Vüqar Mustafayev, 15. Alberto Noquera, 21. Elvin Məmmədov, 16. Juninyo, 10. Aleksandar Soliç (17. Risto Ristoviç, 80), 27. Nurlan Novruzov (22. Namiq Ələsgərov, 55).

Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 24. Georgios Pelagias, 7. Əfran İsmayılov, 6. Vadim Abdullayev, 20. Tural Qürbətov.

Baş məşqçi: Milinko Pantiç.

Sarı vərəqələr: Yohan Bokonyano, 54 (qeyri-idman hərəkəti). Sezar Meza Kolli, 68 (qeyri-idman hərəkəti). Matiya Spiçiç, 90+2 (qeyri-idman hərəkəti) - Alberto Noquera, 52 (qeyri-idman hərəkəti). Vüqar Mustafayev, 69 (qeyri-idman hərəkəti).

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elşən Acalov, Fərid Məmmədov.

Əlavə köməkçi hakimlər: Alik Yunusov, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Maşallah Əhmədov.

Hakim-inspektor: Asim Xudiyev.

“Şəfa” stadionu. 500 tamaşaçı.

Qarabağ - Simurq 0:0

Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (18. İlqar Qurbanov, 72), 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Corc Leroy (17. Vüqar Nadirov, 65), 55. Bədavi Hüseynov, 70. Çumbinyo, 99. Nikolas Gelaşvili (10. Muarem Muarem, 56).

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 19. Jaba Dvali.

Baş məşqçi: Qurban Qurbanov.

Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 3. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako (30. Raul Kostin, 16), 10. Rəşad Eyyubov (77. Nicat Qurbanov, 68), 11. Draqan Çeran, 15. Stepan Polyak (9. Mindauqas Kalonas, 86), 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot.

Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 21. Murad Səttarlı, 22. Salif Ballo.

Baş məşqçi: George Çixradze.

Sarı vərəqələr: Maksim Medvedev, 45 (qeyri-idman hərəkəti) - Ruslan Poladov, 37 (qeyri-idman hərəkəti). Tural Axundov, 90+2 (simulyasiya).

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ziya Nəsirov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

Tofiq Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı.

AZAL - Xəzər Lənkəran 2:2

Qollar: Nedo Turkoviç, 84. Con Oluremi, 90+5-pen - Junior Nildo, 22. Elnur Abdullayev, 48.

AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Aylton, 7. Cavid Tağıyev, 8. Qərib İbrahimov (27. Rəşad Abdullayev, 65), 15. Oskar Klava, 17. Viktor İbekoyi (k), 18. Samuel Barlay (32. Laşa Kasiradze, 9), 20. Branislav Arsenyeviç, 31. Şəhriyar Rəhimov (10. Con Oluremi, 51), 89. Nedo Turkoviç.

Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 5. Murad Ağayev, 23. Tural Nərimanov, 26. Kərim Diniyev.

Baş məşqçi: Vaqif Sadıqov.

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 2. Slavik Alxasov, 4. Alvaro Silva, 5. Tyeqo, 7. Sadio Tounkara (11. Zohair Benouahi, 73), 10. Elnur Abdullayev (k), 12. Junior Nildo, 18. Tural Cəlilov, 20. Mbilla Etame (3. Vanderson Skarduelli, 46), 27. Manuel Skarlatake, 30. Elias (22. Deyvid Sakkoni, 84).

Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 8. Deyan Blajevski, 9. Orxan Əliyev, 42. Kamran Abdullazadə.

Baş məşqçi: Mustafa Dənizli.

Qırmızı vərəqə: Aleksandr Şemonayev, 90+1.

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Rza Məmmədov, Mahir Məmmədov.

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.

AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Gülağa Cabbarov.

“AZAL Arena”. 2000 tamaşaçı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm