“Metallist” dağılır- “Şənbə günü baş verənlərdən çox məmnunam”
Bizi izləyin

İdman

“Metallist” dağılır- “Şənbə günü baş verənlərdən çox məmnunam”

“Metallist” dağılır- “Şənbə günü baş verənlərdən çox məmnunam”

Ukraynanın “Metallist” klubunda maliyyə böhranı yaşanır. Publika.az xəbər verir ki, bu barədə baş məşqçi Miron Markeviç məlumat verib. O, rəhbərliyin 3 aydan çoxdur ki, məvacibləri vermədiyini bildirib:

“Mən indi Lvov şəhərindəyəm və buna görə də heç nədən xəbərim yoxdur. Sabah Xarkov şəhərində olacam və güman ki, bundan sonra dəqiq məlumatlar əldə edəcəm. Sabah klubda məşqlərim var. Rəhbərliklə görüş barəsində hələ ki, söhbət getmir.

İndi bizim klubda vəziyyət idarəedilməzdir və inanın ki, mən məsələni şişirtmirəm. Prezident yoxdur, müavinlər isə çaşqınlıq içərisindədir. Bundan əlavə, 3 aydır ki, maaşları vermirlər və görünür getdikcə daha da pisləşəcək.

Baş məşqçi “mümkündür ki, klub fəaliyyətini dayandırsın” sualına təsdiqləyici cavab very:”Mümkündür. Mən söz atmıram, hər şey elədir ki, var. Nə üçün belə sakit münasibət bildirirəm? Hər şey çox sadədir. Əvvəla, mən sizə çoxdan izah etmişəm ki, həm pis, həm də yaxşı hallarda sakit davranacam.

İkincisi də, mən sizə bir şey danışacam: atam 16 yaşı olanda alman hərbi düşərgəsinə düşür və Ukraynaya qayıdandan sonra onu vətənə xəyanətdə günahlandırıb Sibirə göndəriblər. Atamın qardaşı isə Ukrayna üsyançı ordusunun sıralarında döyüşdüyü üçün həbsxanada yatıb. Sözü nəyə gətirmək istəyirəm? Şənbəgünü baş verənlərdən çox məmnunam. Lakin hansısa futboldan yox.”

Ukrayna çempionatının 17 matçından sonra xarkovlular turnir cədvəlində ikinci yerdə qərarlaşırlar. “Metalliast” “Şaxtyor” klubundan 5 bal geriləyir və ehtiyatında 1 oyun var.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm