9 il sonra qayıdan idmançımız rekord qırdı
Bizi izləyin

İdman

9 il sonra qayıdan idmançımız rekord qırdı

9 il sonra qayıdan idmançımız rekord qırdı

Pauerliftinq üzrə Azərbaycan Milli Paralimpiya Komandasının idmançısı Gündüz İsmayılov 9 illik fasilədən sonra yenidən böyük idmana geri qayıdıb.

Publika.Az xəbər verir ki, atletimiz Braziliyanın Uberlyandiya şəhərində pauerliftinq üzrə keçirilən Braziliya birinciliyində 88 kiloqram çəki dərəcəsində 197 kiloqram qaldıraraq Avropa rekordunu yeniləyib.

Bununla ilk uğuruna imza atan idmançımız apreldə Dubayda keçiriləcək dünya çempionatına lisenziya qazanıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm