Olimpiya çempionumuzun Qazaxıstana qaçmasının səbəbləri bəlli oldu
Bizi izləyin

İdman

Olimpiya çempionumuzun Qazaxıstana qaçmasının səbəbləri bəlli oldu

Olimpiya çempionumuzun Qazaxıstana qaçmasının səbəbləri bəlli oldu

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Nicat Rəhimovun (69 kq) yığma komandanın şərəfini qorumaqdan imtina etməsi barədə bütün mətbuatda məlumatlar yer alıb.

Hətta yığmanın məşqçisi Zlatan Vanev bildirib ki, idmançının millidən uzaqlaşdırılma səbəbi deyilən vaxtda dopinq testindən keçməməsidir.

İdmançının atası Əli Rəhimov isə açıqlamasında oğlunun bundan sonra Qazaxıstan bayrağı altında çıxış edəcəyini bildirmişdi. O, millidə nizam-intizamın olmamasını və bolqarıstanlı baş məşqçinin Nicatı yarışlara aparmamasını da qabartmışdı.

Məsələ ilə bağlı Publika.Az-a məlumat daxil olub. Federasiyaya yaxın mənbədən saytımıza daxil olan məlumata görə, məsələnin kökündə başqa amillər dayanır.

Belə ki, Zlatan Vanev Nicatın yerinə legioner idmançı gətirmək istəyir. Bu üzdən Nicat Rəhimovu millidən uzaqlaşdırmağa çalışıb və buna da nail olub.

Bir sözlə, “mədəni” dildə “sən gəlmə, lazım deyilsən” deyib. Bundan sonra məşqçi ilə idmançı arasında mübahisə yaşanıb. Nicat federasiyadan dəstək görməyincə Qazaxıstanda çıxış etmək təklifini dəyərləndirib.

Əldə etdiyimiz digər məlumata görə, yaxın günlərdə ağırlıqqaldırma üzrə milli komandamıza daha iki legioner idmançı gətiriləcək.

Qeyd edək ki, 2010-cu il Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Nicat Rəhimov həmin il Avropa çempionu adına da sahib olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm