Qəza-Özil adam vurdu, Nyanq həbs olundu
Bizi izləyin

İdman

Qəza-Özil adam vurdu, Nyanq həbs olundu

Qəza-Özil adam vurdu, Nyanq həbs olundu

İcarə əsasında Fransanın “Monpelye" klubunda çıxış edən Mbaye Nyanq həbs olunub. Publika.az xəbər verir ki, müqavilə ilə "Milan"a məxsus olan hücumçu avtomobillə qəza törətdiyi üçün bu cəzaya məruz qalıb.

Klubunun təlim-məşq bazasının yaxınlığında idarə etdiyi “Ferrari” markalı maşını ağaca çırpan 19 yaşlı forvard məhkəmə qarşısına çıxıb.

Yüksək sürət, işıqforu qırmızı işıqda keçmə, sürücülük vəsiqəsi olmadan avtomobil idarəetmə və ətrafdakı insanların həyatını təhlükəyə atmaq maddələri ilə ittiham olunan Nyanq 18 ay azadlıqdan məhrum edilib.

Yeri gəlmişkən, "Arsenal"ın pleymeykeri Məsut Özil də avtomobil qəzasına düşüb. "The Mirror"un xəbərinə görə, Almaniya millisinin yarımmüdafiəçi şəxsi avtomobili ilə 30 yaşlı bir şəxsi vurub.

Zərərçəkənin yüngül xəsarət aldğı bildirilib. Özil polis tərəfindən dindiriləndən sonra sərbəst buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm