Olimpiada-Rusiyaya qarşı hansı ittihamlar irəli sürüldü?
Bizi izləyin

İdman

Olimpiada-Rusiyaya qarşı hansı ittihamlar irəli sürüldü?

Olimpiada-Rusiyaya qarşı hansı ittihamlar irəli sürüldü?

Soçidə keçirilən Olimpiadadan əvvəl xarici mətbuatda Rusiyaya qarşı ittihamlar səslənirdi. Olimpiya oyunlarından sonra da bu ittihamlar səngimək bilmir. Publika.az ev sahiblərinin ünvanına səslənən ittihamlardan seçmələri təqdim edir.

Rusiya və ABŞ arasında razılaşma

Fransız jurnalistləri ABŞ və Rusiya arasında sövdələşmənin olduğunu iddia edir. Guya iki federasiya medalların bərabər bölüşdürülməsi haqqında öz aralarında razılığa gəliblər: amerikalı münsiflər heyəti komanda yarışlarında Olimpiya oyunlarına ev sahibliyi edənlərə kömək edir (Rusiyanın qalib gəldiyi yarışda) və öz növbəsində də, ruslar ABŞ-dan olan rəqs cütlüyünə iltifat göstərir. Bu məlumat həm Amerika Birləşmiş Ştatları, həm Rusiya, həm də Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təkzib olunub. Bəli, Meril Devis və Çarli Uayt Olimpiya çempionu oldular və rusların uğurları ilə uzlaşmadığından fransız jurnalistlərinin fərziyyələri inkişaf etdirilmədi. Yarış bitdikdən sonra isə hamı bir səslə etiraf etdi ki, amerikalı idmançılarının qələbəsini şübhə altına almaq mənasızdır. Bundan əlavə, Devis və Uayt rusiyalı münsiflər heyətinin köməyi olmadan da dünyanın ən güclü rəqs dueti hesab olunur.

Fiqurlu konkisürənlərin yarışında qərəzli hakimlik

Güman etmək olar ki, bu, Olimpiya oyunlarının ən qalmaqallı hadisəsidir. Adelina Sotnikovanın üstələdiyi Karolina Kostner və Kim Yen Anın mükəmməl çıxışları xarici azarkeşləri və mütəxəssisləri laqeyd qoymadı.

Sotnikovanın zəfərindən sonra yaranmış narazılıq dalğası bir çox yerləri, o cümlədən də, yarışın nəticələrinə etiraz əlaməti olaraq bir milyondan artıq virtual imza toplanmış Cənubi Koreyanı da bürüdü. Adelina həm Kim Yen Anı, həm Karolinanı, həm də Mao Asadonu qabaqlayaraq əvvəlki yekun sistemə əsasən ikinci bal hesabını qazandı. Bu nəticə bir çoxlarının xoşuna gəlmədi və ev sahiblərinə köməklik edilməsi barədə söz-söhbətlər başlandı. Qeyd etmək lazımdır ki, az qala hər Olimpiadadan sora belə mövzular yayılır.

Aleksandr Tretyakov

Rusiyalı skeletonçu güclü latviyalı Dukursov qardaşlarını və amerikalı Metyu Antuanı ötüb keçərək üçüncü yerə sahib çıxdı. Latviyada nəticənin ədaləti olmasına şübhə ilə yanaşıldı. Yerli jurnalistləri şübhə altında saxlayan fakt, Teryakovun hər dörd cəhddə məsafəni eyni vaxtda (4,47 saniyə) qət etməsi idi. Həmçinin onlar qeyd ediblər ki, Aleksandrın hər dörd cəhdi televiziyada tam olaraq göstərilməyib. Deməli, qərəzli fikirlər mövcuddur.

Rəsmi protokola əsasən, gümüş mükafatçısı Martinış Dukursun hər dörd cəhddəki ötmə vaxtı 4,57 saniyədir. Qələbəsinə heç kimin şübhə ilə yanaşmadığı rus bobsley dördlüyü də belə analoji dəqiqliklə qalib gəlib. Martinışın qardaşı Tomass Tretyakovun heç zaman belə hiyləyə əl atmayacağını əminliklə bəyan edib.

Qızdırılmış xizək-bobsley trası

Bu barədə fikri Kanada yığmasının məşqçisi Volfqanq Ştaudinqer irəli sürüb. O, qeyd edib ki, rus xizəkçilərinin çıxışından sonra olimpiya xəndəyindəki üst örtüyü rəqiblərin yıxılması üçün daha da yumşaldı. Ştaudinqer rusların estafetdə gümüş medal almasını bununla əsaslandırıb.

Volfqanq deyir: “Trasın isidilməsi avstriyalıların çıxışında çox aydın görünürdü. Lakin biz bununla heç nəyi sübuta yetirə bilməyəcəyik.”

BOK-un icraçı direktoru Jilber Felli deyib ki, kanadalılar məğlubiyyətlərinə layiqincə yanaşsınlar və özlərinin də izah verə bilməyəcəyi əsassız fikirləri səsləndirməsinlər.

Homoseksualların sıxışdırılması

Xarici mətbuatın ən sevimli mövzusu Rusiyanın qəbul etdiyi məşhur “uşaqların ənənəvi ailə dəyərələrinə qarşı olan məlumat və təbliğatdan qorunması” qanunu idi. Bu mövzu 2013-cü ilin yay fəslindən başlayaraq Olimpiya oyunlarının sonunadək KİV-in diqqət mərkəzində qaldı. Elə də qalmaqallı hadisələr baş vermədi. Yalnız bir neçə italyan fəal saxlanıldı.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm