Ulduz futbolçu siyasətçiləri məhkəmə ilə hədələdi
Bizi izləyin

İdman

Ulduz futbolçu siyasətçiləri məhkəmə ilə hədələdi

Ulduz futbolçu siyasətçiləri məhkəmə ilə hədələdi

Kolumbiya millisinin və “Monako”nun hücumçusu Radamel Falkao onun simasından yararlanan siyasətçiyə etirazını bildirib.

Publika.az xəbər verir ki, 2014-cü ilin martında Kolumbiyada parlament seçkiləri keçiriləcək. Namizədlərdən biri-Xorxe Franko özünün seçkiqabağı təbliğat kampaniyasında futbolçunun simasından istifadə edib. O, plakatlarda və reklam roliklərində öz şəkilini Falkaonun səkili ilə birgə yerləşdirib.

Bu da hücumçunu narazı salıb. Falkao məhkəmyə müraciət edəcəyini bildirsə də, buna ehtiyac qalmayıb. Çünki siyasətçi plakat və rolikləri təbliğat kampaniyasından çıxardıb və futbolçudan üzr istəyib.

Radamel məsələyə belə münasibət bildirib: “Mən heç bir siyasi partiyanı və namizədi dəstəkləmirəm. Bundan sonra məni təbliqat kampaniyasına qoşanların hər birini məhkəməyə verəcəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm