Yunanıstanda “şeytan”ın qıçını qırdılar
Bizi izləyin

İdman

Yunanıstanda “şeytan”ın qıçını qırdılar

Yunanıstanda “şeytan”ın qıçını qırdılar

UEFA Çempionlar Liqasında 1/8 final həyacanı davam edir.

Publika.az xəbər verir ki, ötən gecə bu turnirdə daha iki maraqlı qarşılaşma baş tutub. Rusiya təmsilçisi “Zenit” ötən mövsümün finalçısı Dortmud “Borussiya”sını qəbul edib. Qarşılaşmada 6 qol vurulub. Qələbəni isə qonaqlar bayram ediblər.

Çətin günlər keçirən “Mançester Yunayted” isə “Olimpiakos”un qonağı olub. "Qırmızı şeytanlar" bu qarşılaşmada da məğlubiyyətlə üzləşiblər.

Qeyd edək ki, bu gün daha 2 qarşılaşma keçiriləcək. İstanbulda “Qalatasaray” “Çelsi”i ilə üz-üzə gələcək. Günün daha bir qarşılaşmasında “Real” “Şalke”ni sınağa çəkəcək.

Çempionlar Liqası

1/8 final (ilk oyunlar)

25 fevral

Zenit - Borussiya (Dortmund) - 2:4

Qollar: Şatov, 57, Halk, 59-pen - Mxitaryan, 4, Roys, 5, Levandovski, 61; 71.

Olimpiakos - Mançester Yunayted - 2:0

Qollar: Dominqes, 38, Kempbell, 55.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm