Mançindən tələb: “Əvvəl düşmən olun, sonra birlikdə şam edin”
Bizi izləyin

İdman

Mançindən tələb: “Əvvəl düşmən olun, sonra birlikdə şam edin”

Mançindən tələb: “Əvvəl düşmən olun, sonra birlikdə şam edin”

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda bu gün “Çelsi” ilə qarşılaşacaq “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, italyan çalışdırıcı oyundan qabaq keçirilən mətbuat konfransında Sneyder və Droqbanın “Çelsi”nin baş məşqçisi Joze Mourinyo ilə dostluq əlaqələrinə toxunub: “Droqba və Sneyder Mourinyo ilə dostluğu unutmalıdır. Droqba “Çelsi”nin qol ümidi və aparıcı futbolçularından olub. Sneyder isə “İnter”də Mourinyo ilə birgə Çempionlar Liqasını qazanıb. Onların yaxşı münasibəti var. Ancaq 90 dəqiqə ərzində onlar bir-birinə düşmən olacaqlar. Sonra birlikdə şam edə bilərlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm