İdmançılar Xocalı soyqırımını necə andı?- FOTOLAR
Bizi izləyin

İdman

İdmançılar Xocalı soyqırımını necə andı?- FOTOLAR

İdmançılar Xocalı soyqırımını necə andı?- FOTOLAR

İdman adamları Xocalı soyqırımına biganə qalmadılar.

Publika.Az sosial şəbəkələrdə aktiv olan idman adamlarının bugünkü günü necə yad etdiklərini araşdırdı. Qeyd edək ki, Xocalı soyqırımını təkcə azərbaycanlı idmançılar yox, vaxtı ilə ölkəmizdə fəaliyyət göstərmiş və hazırda fəaliyyətini davam etdirən legionerlər də biganə qalmayıblar:

Xocalı soyqırımı ilə bağlı paylaşılanları diqqətinizə çatdırırq:

2 qat paralimpiya Çempionu İlham Zəkiyev nəzarətində olduğu “facebook” adresindən - Xocalını yad edib. Bu günün Azərbaycanın qanlı yaddaşı olduğunu xatırladıb.

Pekin Paralimpiadasının qızıl medalçısı Ramin İbrahimov “facebook”da Xocalı soyqırımız barədə paylaşım edib və şəhidlərimizə Allahdan rəhmət diləyib.

Şahmatçımız Teymur Rəcəbov da Xocalı soyqırımına biganə qalmayıb. O, “instagram” və “twitter” adreslərində ingilis dilində üzərində: “Xocalı Azərbaycana qarşı törədilmiş insanlıq faciəsidir. Biz şəhidlərimizin xatirəsini ehtiramla yad edirik” yazılmış şəkil paylaşıb.

Kikboks federasiyasının vitse-prezident Güloğlan Cabbarov da sosial şəbəkədə Xocalını anan insanlar içərisində olub və “facebook”da belə yazıb:

“Ya Rəbbim, bizə Xocalını yenidən Azərbaycan torpağı olmağı qismət elə. Bizə o, müqəddəs torpağı öpüb oradakı şəhidlərimizin düşdüyü torpaqları ziyarət eləməyi qismət elə”.

Dəfələrlə “K1” üzrə beynəlxalq turnirlərin qalibi olmuş Zabit Səmədov Azərbaycandan kənarda yaşamasına baxmayaraq Xocalını unutmayıb. O “instagram”da üzərində ingilis dilində “Xocalıya Ədalət” sözləri yazılmış idman köynəyi geyindiyi fotosunu paylaşıb. Şəkildə də göründüyü kimi məşq edərkən də həmin köynək əynində olub.

Xocalı faciəsini unutmayanlardan biri də “Qarabağ”ın futbolçusu Qara Qarayevdir. O, “facebook”da Xocalı ilə bağlı plakat və video paylaşıb.

“Bakı” və “Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Cüneyt Biçər də Xocalı soyqırımına biganə qalmayıb və “facebook”da qanlı hadisə ilə bağlı şəkil paylaşıb.

"Simurq"un israilli futbolçusu İdan Veytsman sosial şəbəkədə Xocalı genosidi ilə bağlı paylaşım edib.

“Xəzər Lənkəran”ın aşağı yaş qrupları üzrə koordinatoru İlhan Akgül Xocalı soyqırımı ilə bağlı sosial şəbəkələrdən birindəki səhifəsində status paylaşıb. Akgül soyqrımla bağlı fikirlərini Atatürkün misraları ilə ifadə edib:

“Azərbaycanın acısı acımızdır”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm