“Çelsi”də ara qarışdı-Etо’O “lipa” çıxdı
Bizi izləyin

İdman

“Çelsi”də ara qarışdı-Etо’O “lipa” çıxdı

“Çelsi”də ara qarışdı-Etо’O “lipa” çıxdı

“Çelsi”nin ulduz futbolçusu Samuel Etо’Onun keçmiş sevgilisi futbolçunun “lipa” olduğunu bildirib. Publika.az xəbər verir ki, bu məsələ londonluların baş məşqçisi Joze Maurinyonun uğursuz zarafatından sonra gündəmə gəlib. Maurinyo İsveçrənin “Hublot” saat kompaniyasının rəsmiləri ilə söhbətdə Samuelin “lipa” olduğuna işarə edib:

“Çelsi”nin problemi odur ki, bizdə qol vuracaq futbolçu yoxdur. Bəli, mənim sərəncamımda Etо’O var, ancaq o, 32 yaşındadı. Bəlkə də 35-dəqiqini kim bilir?”

Maurinyonun bu fikirləri Fransanın “Canal Plus” telekanalında efirə veriləndən sonra vəziyyət gərginləşib.

Kamerun millisinin keçmiş baş məşqçisi Klod le Rua bildirib ki, Samuelə bu haqda məlumat verəndə, o, mütəəssir olub. Maurinyo özü də futbolçu ilə söhbət edərək, efirdə yayımlananalara fikir verməməyi tövsiyyə edib.

“Qalatasaray”la oyundan əvvəl keçirilən mətbuat konfransında, Maurinyo kanalın hərəkətin qeyr-etik adlandırıb. “Canal Plus” rəhbərliyi məşqçinin fikirlərini qəbul etməyib və bildiriblər ki, onlar gizli çəkiliş aparmayıblar, Maurinyo çəkiliş aparıldığını bilib.

Bütün bunların ardınca, Samuel Etо’Onun keçmiş sevgilisi Anna Barranka odun üstünə yağ töküb. O, Samuelin “lipa” olduğunu təsdiqləyib:

“Düşünürəm ki, onun 35 yox, 39 yaşı var. Samuel 1974-cü ildə doğulub. Deməli, artıq onun 39 yaşı tamam olub. Etо’O Avropaya gəlməzdən əvvəl yaşlı olub, həmin ərəfədə yaşını azaldıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm