Ulduz idmançı oğlunu öldürüb, özünü körpüdən atdı - FOTOLAR
Bizi izləyin

İdman

Ulduz idmançı oğlunu öldürüb, özünü körpüdən atdı - FOTOLAR

Ulduz idmançı oğlunu öldürüb, özünü körpüdən atdı

İdman gimnastikası üzrə 9 qat Almaniya çempionu Yurgen Bryummerin cəsədi Ştutqart yaxınlığındakı körpünün altından tapılıb.

Publika.az xəbər verir ki, Almaniya yığmasının keçmiş üzvü, Seul Olimpiadasının iştirakçısı Yurqen 15 yaşlı əlil oğlunu öldürdükdən sonra özünü körpüdən atıb.

Körpünün hündürlüyü 55 metr olub. Keçmiş idmançı maşınını da körpünün yaxınlığında saxlayıb.

Hadisə yerini araşdıran polis əməkdaşları Yurqenin evinə baxış keçirərkən onun oğlunun da meyidini aşkarlayıblar. Polis evdən Bryummerin məktubunu da tapıb.

Ancaq məktubda nə yazıldığı barədə məlumat verilmir.

Qeyd edək ki, Yurqen Bryummer 80-ci illərdə Almaniyanın ən yaxşı idmançılarından hesab olunub.

O, 1997-ci ildə idman klinikası da açmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm