“Pis oğlan” idmançımıza paxıllıq edir- FOTOLAR
Bizi izləyin

İdman

“Pis oğlan” idmançımıza paxıllıq edir- FOTOLAR

“Pis oğlan” idmançımıza paxıllıq edir- FOTOLAR

Azərbaycanda K-1 üzrə Dünya Qran-prisinin final oyunları keçirildiyi barədə məlumat vermişdik. Həmin döyüşə “K1”in ulduzu Badr Hari də fəxri qonaq qismində dəvətli idi.

Publika.Az xəbər verir ki, Azərbaycanda qonaq olan Badr müsahibəsində ölkəmizin güclü idmançılarının olduğunu dilə gətirib. Hətta bəzi idmançılarımızın adını da çəkib.

Amma Badr Hari döyüşləri ilə dünyaya səs salan Zabit Səmədovun adını çəkməyib. Görünür ki, “Pis oğlan” ləqəbli Badr Hari idmançımıza paxıllıq edib, ya da o məğlub olduğu günü hələ də unutmayıb.

Qeyd edək ki, “Mauqli” ləqəbli Zabit “Leqenda” turnirində əfsanəvi mərakeşli kikboksçu Badr Harini məğlub etmişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm