Medvedin mükafatı Bakıya gətiriləcək?
Bizi izləyin

İdman

Medvedin mükafatı Bakıya gətiriləcək?

Medvedin mükafatı Bakıya gətiriləcək?

Martın 1-2-də Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 44-cü beynəlxalq Qran Pri turnirinə start veriləcək.

Publika.Az-ın Güləş Federasiyasından aldığı məlumata görə, turnirdə ölkəmizi yığmamızdan 3 qadın və 1 sərbəst güləşçi təmsil edəcək.

Məşqçi Aslan Ağayevin başçılığı altında Minskə qadın güləşçilərdən Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq) və Nadya Sementsova (69 kq), sərbəst güləşçilərdən Məhəmməd Müslümov (65 kq) yollanacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm