Bu dəfə əksinə oldu - “Topaz” qarət edildi
Bizi izləyin

İdman

Bu dəfə əksinə oldu - “Topaz” qarət edildi

Bu dəfə əksinə oldu-“Topaz” qarət edildi

Bakının Nərimanov rayonunda “Topaz” mərc oyunları klubu qarət olunub.

Publika.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Samir Əliyevə məxsus “Topaz” mərc oyunları klubundan 1500 manat pul və məişət əşyaları oğurlanıb.

Şikayət əsasında polis əməliyyat keçirib və oğurluq edən şəxslərin kimliyi məlum olub.

Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xəqani Bağırov və Elçin Xəlilov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm