Şahin Mustafayev prezident seçildi
Bizi izləyin

İdman

Şahin Mustafayev prezident seçildi

Şahin Mustafayev prezident seçildi

Fevralın 27-də Milli Olimpiya Komitəsinin konfrans zalında Yelkən İdmanı və Stolüstü tennis idman növləri üzrə federasiya rəhbərliyinə seçki keçirilib.

Publika.Az xəbər verir ki, iclasda Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Dövlət Dəniz Adminstrasiyasının rəhbəri Qüdrət Qurbanov və İqtisadi İnkişaf naziri Şahin Mustafayev iştirak ediblər.

İcraiyyə Komitəsinin səsverməsinə əsasən Yelkən İdmanı Federasiyasına yeni prezident Azərbaycan Dövlət Dəniz Adminstrasiyasının rəhbəri Qüdrət Qurbanov seçilib.

Stolüstü Tennis İdman Federasiyasına yeni prezident İqtisadi İnkişaf naziri Şahin Mustafayev təyin edilib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm