“Xəzər Lənkəran” qovdu, “Napoli” aldı
Bizi izləyin

İdman

“Xəzər Lənkəran” qovdu, “Napoli” aldı

“Xəzər Lənkəran” qovdu, “Napoli” aldı

“Xəzər Lənkəran”la yayda yollarını ayıran ispaniyalı qapıçı Toni Doblasın yeni iş yeri müəyyənləşib.

Publika.az xəbər verir ki, ispan qapıçı İtaliyanın A Seriyasında çıxış edəcək.

Belə ki, Doblas “Napoli” ilə müqavilə bağlayıb. O, həmyerlisi Rafael Benitesin rəhbərlik etdiyi komanda ilə 3 aylıq anlaşıb. Toni bu klubda Pepe Reynanın əvəzləyicisi olacaq.

Qeyd edək ki, Doblas “Xəzər Lənkəran”a İspaniyanın “Saraqosa” klubundan keçmişdi. O, Premyer Liqada 7 (562 dəqiqə), kubokda 3 (300) və Avropa Liqasında 4 (315) oyun keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm