PFL rəsmisindən qarğış: “Ay Allah, qurban olum, qol-zad olmasın”
Bizi izləyin

İdman

PFL rəsmisindən qarğış: “Ay Allah, qurban olum, qol-zad olmasın”

PFL rəsmisindən qarğış: “Ay Allah, qurban olum, qol-zad olmasın”

Bu gün Azərbaycan Premyer Liqasında olduqca prinsipal qarşılaşma-“Neftçi”-“Qarabağ” oyunu keçiriləcək.

Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev sosial şəbəkədə bu qarşılaşma ilə bağlı maraqlı status paylaşıb. Oyun haqda 3 nəfərin- “Qarabağ”ın mətbuat xidmətin rəhbəri Nurlan İbrahimovun, “Neftçi”nin mətbuat katibi Gündüz Abbaszadənin və özünün düşündüklərini paylaşıb. Publika.Az A.Şahgəldiyevin şərhini diqqətinizə çatdırır:

Gündüz Abbaszadə: “Ay Allah, bir dənə bu gün “Qarabağ”ı udaq, qoy çempion eləyə bilməsinlər onları. Bir dənə udaq, heç nə istəmirəm. Elə sevinəcəm, elə sevinəcəm, nətəriii!”


Nurlan İbrahimov : “Bu oyunu udsaq sevincimdən uçacam eyy! Gündüzə nə acıq verərəm, oyundan sonra gəlib məni qələbə münasibət ilə təbrik eləyər. Çempionlar Liqası bizi gözləyirrrrrr. 3 ildir onları çempion eləyirlər. Bu il çempion olaq, heç nə istəmirəm”.


Aslan Şahgəliyev: “Yeri göyü yaradan, Sənə qurban olum. Bal alanın da, bal satanın da... Bir dənə bu gün penaltı, ofsaytdan qol-zad olmasın, yoxsa səhərə kimi işdə qalacam. Axşam ad gününə getməliyəm. Penalti olsa, yenə tort yeməyə çatacam. Lülə, tikə, dana basdırması istəyirəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm