Onlara nifrət edirlər - FOTOLAR
Bizi izləyin

İdman

Onlara nifrət edirlər - FOTOLAR

Onlara nifrət edirlər

"Bleacher Report" saytı azarkeşlərin ən çox nifrət etdiyi 10 futbolçunu müəyyənləşdirib. Publika.az həmin futbolçuların siyahısını təqdim edir:

1. Luis Suares - qol vurmaq bacarığı ilə fərqlənən və hazırda dünyanın ən yaxşı hücumçularından biri hesab olunan uruqvaylı futbolçunun siyahının birinci pilləsini tutmasının əsas səbəbi xarakteridi. "Çelsi"li həmkarı Branislav İvanoviçi meydanda dişləyəcək qədər "cəsarətli" olan Suares Patrik Evraya qarşı irqçilik də etmişdi.

2. Con Terri - 2010-cu ildə komanda yoldaşı Ueyn Bridgenin həyat yoldaşı Vanessa Perronkel ilə yatağa girən futbolçu tənqid hədəfinə çevirilmişdi. O, həmçinin KPR-in futbolçusu Anton Ferdinand haqqında irqçi ifadələr işlətməklə də diqqəti çəkib.

3. Cou Barton - acıdil futbolçu açıqlama verərkən həddini aşması ilə tanınır. Son olaraq Aleks Ferqyusonun məşqçi bacarığını şübhə altına alan açıqlamaları ilə diqqəti çəkən Barton, az qala hər gün yeni bir qalmaqalın əsasını qoyur.

4. El Haci Diuf - seneqallı futbolçu rəqib azarkeşlərə tüpürməklə, top daşıyan uşaqlara qarşı irqçilik etməklə, içkili vəziyyətdə maşın sürməklə məşhurlaşıb. O, bir müddət əvvəl barda dava salmaqla da gündəmə gəlmişdi.

5. Eşli Koul - keçmiş həyat yoldaşı Çarli Koulu dəfələrlə aldatması sübut olunan futbolçu bir dəfə də siqaret çəkərkən paparatsilərin hədəfinə çevirilmişdi. Eşli meydandan kənardakı hərəkətləri ilə nifrət qazanan oyunçulardandı.

6. Emre Belezoğlu - Türkiyə yığmasının üzvü "Trabzonspor"un qara dərili futbolçusu Didye Zokoraya qarşı irqçilik etdiyinə görə siyahıya düşüb.

7. Pepe - "sümük sındıran" ləqəbli bu futbolçu barədə uzun-uzadı danışmağa ehtiyac yoxdu. Sərt oyun üslubu olan "Real"ın ulduzu daim rəqiblərinin qəniminə çevirilir.

8. Serxio Buskets - oyunu ilə daim özündən söz etdirən futbolçu simulyasiya ustası kimi tanınır. Artistlik edib özünü yerə atmaq artıq onun üçün adi hala çevirilib.

9. Mario Balotelli - daim qalmaqalların mərkəzində olan İtaliya yığmasının üzvü uyğunsuz hərəkətləri ilə nifrət qazanıb. Onun "İnter"dən sonra "Milan"da çıxış etməsi bu nifrəti daha da artırıb.

10. Zlatan İbrahimoviç - dünyanın ən yaxşı qolçularından biri olan İsveç yığmasının üzvü möhtəşəm oyununu xarakteri ilə tamamlaya bilmir. Bəzən etdiyi hərəkətlərlə özünə nifrət qazanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm